Dünya

Şimali Koreyada bu gün qurultay keçiriləcək

6 May 2016 08:06
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreyada bu gün son 36 ildə ilk dəfə Əmək Partiyasının qurultayı keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu hakim Əmək Partiyasının sayca VII qurultayıdır. Qurultayda KXDR-in gələcək illər üçün vəzifələr və prioritetlər müəyyən ediləcək.

Qeyd edək ki, Şimali Koreyanın lideri Kim Çen In Əmək Partiyasının qurultayınadək ölkədə toy və yas mərasimlərinə qadağa qoyub.
 
"Bu addım təhlükəsizliyin möhkəmləndirilməsi və qurultayın nümunəvi şəkildə keçirilməsinə yönəlib", rəsmi mənbələr bildirib.
 
Qeyd olunur ki, paytaxt Pxenyan şəhərinə bütün giriş və çıxışlar bağlanacaq.
 
Qeyd edək ki, sonuncu dəfə partiyanın qurultayı 1980-ci ildə keçirilib. Qurultayda 1978-1984-cü illəri əhatə etmiş 7 illik dövlət planı qəbul olunub.  
 
Şimali Koreyada Əmək Partiyasından başqa Sosial-Demokratik Partiya və "Çxondoqe-Çxonudan Yolunun Gənc Dostları" partiyası fəaliyyət göstərir. Hər iki partiya Əmək Partiyasının nəzarəti altında fəaliyyət göstərir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.