Dünya

Mogerini Davudoğlunun istefasını şərh etdi

6 May 2016 08:20
0 Şərh     Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aİ Türkiyənin baş naziri Əhməd Davudoğlunun vəzifəsindən gözlənilən istefasına və bunun bir müddət əvvəl miqrantlara dair əldə olunan Aİ-Türkiyə sazişinə necə təsir edəcəyinə  hələlik fikir bildirə bilmir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Federika Mogerini Kosovoya səfəri zamanı bildirib.

"Bunun hansı nəticələrə gətirib çıxara biləcəyi barədə danışmaq hələ tezdir", - deyə Mogerini bildirib.  
 
"Biz bunu mütləq türkiyəli həmkarlarımızla müzakirə edəcəyik və birlikdə gələcək addımlarımızı müəyyən edəcəyik", - deyə Aİ diplomatiyasının rəhbəri əlavə edib.  

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.