Dünya

"Britaniya heç vaxt Avrozona və Şengen sazişinə qoşulmayacaq"

6 May 2016 08:24
0 Şərh     Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya heç vaxt Avrozona və Şengen sazişinə qoşulmayacaq, lakin Avropa İttifaqı çərçivəsində öz iqtisadiyyatını inkişaf etdirəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron "The Express and Star" qəzetinin oxucularının müvafiq suallarına cavabında bildirib.  
 
"Aİ-nin islahatlaşdırılmış variantında üzvlüyün davam etdirilməsi o deməkdir ki, 500 milyon nəfərlik vahid bazara tam giriş bizim üçün açıq qalacaq və bu iş yerlərinin sayının, sərmayələrin  çoxalmasına, qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq. Lakin biz heç zaman Aİ dövlətinin  bir hissəsi olmayacağıq. Biz həmçinin heç vaxt avroya qoşulmayacağıq, Avrozona ölkələrinin  dotasiyalarında, yaxud da sərhəd və pasport nəzarətindən azad hər hansı bir layihədə iştirak etməyəcəyik", - deyə Kemeron qeyd edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.