Dünya

4 nəfər uçqun altından 6 gün sonra sağ tapılıb

6 May 2016 08:49
0 Şərh     Baxış: 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keniyada xilasedicilər 6 gün əvvəl uçan binanın qalıqları altından daha 4 nəfəri sağ taparaq xilas ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bundan əvvəl xilasedicilər 4 gün binanın qalıqları altında qalan 6 aylıq uşağı sağ tapıblar.
 
Qeyd edək ki, Keniyada aprelin 29-da intensiv yağışlar nəticəsində altı mərtəbəli bina uçub.  Son məlumata görə, insident nəticəsində azı 36 nəfər ölüb, 120-dən çox sakini uçqun altından xilas etmək mümkün olub, 70 nəfər hələ də itkin düşmüş hesab edilir.
 
Hadisə ilə əlaqədar səhlənkarlığa yol verdiklərinə görə binanın 2 sahibi və 21 məmur saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.