Dünya

Kanadanı alov bürüyüb - VİDEO

6 May 2016 07:21
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadada Albert vilayətində meşə yanğınlarının ərazisi 85 min hektara çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, 49 yanğın ocağının söndürülməsinə 1100-dən çox yanğınsöndürən, 145 helikopter, 138 ədəd ağır texnika və 22 təyyarə cəlb olunub.

Yanğınlar Fort-Makmürrey şəhərinin yaxınlığında tuğyan edir. Daha öncə hakimiyyət yaşayış məntəqəsinin bütün əhalisinini - 80 mindən çox adamı təxliyə edib. Şəhərdə 1600-dan çox ev yanıb. Xəsarət alan barədə məlumat yoxdur.

Frans Press agentliyi yazır ki, Albert vilayətində 100 minə yaxın insan yanğından xilas olunmağa çalışır və evlərini tərk edirlər.

Maşınların çoxluğu alova bürünmüş meşələr zonasında yolda uzun tıxaclara səbəb olur.

Kanada hakimiyyəti Alberta vilayətində fövqəladə vəziyyət elan edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kanadanı alov bürüyüb - 1

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.