Dünya

Ermənistanda yezidlər üsyan edir

5 May 2016 21:53
3 Şərh     Baxış: 5 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistandakı yezid icmasının onlarla mənsubu paytaxt İrəvanda prezident Serj Sarkisyanın iqamətgahı qarşısına toplaşaraq həbs olunmuş iş adamı Cndi Amaryanın azadlığa buraxılmasını tələb edirlər.
Milli.Az epress.am-a istinadən bildirir ki, aksiya iştirakçıları C.Amaryanın həbsini qanunsuh sayırlar. Ermənistan yezidlərinin humanitar ictimai birliyi "Şəms"in sədri Rüstəm Bakoyanın dediyinə görə, aprelin 2-də tutulmuş Amaryan quldurluqda suçlanır.
"Ölkədəki bütün yezid təşkilatları, kənd administrasiyalarının rəhbərləri olan yezidlər, bütün yezid əhali etiraz edir, səslərini Ermənistan prezidentinə çatdırmaq istəyirlər. Deyirlər ki, guya Amaryan restoranlarından birində pul tələb edib. Yalandır. Həmin hadisədən bir neçə gün əvvəl Cndi Amaryanın anası vəfat etmişdi, o, yasda idi. İddialar yalandır", - Rüstəm Bakoyan deyib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.