Dünya

Pakistanda 16 yaşlı qızı rəfiqəsinə kömək etdiyi üçün öldürüb yandırdılar

5 May 2016 21:09
10 Şərh     Baxış: 2 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın Hayber-Paxtunxva vilayətində 16 yaşlı qızı amansızcasına öldürüblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə mayın 5-də Dawn nəşri məlumat verir.

Məlumata əsasən, gənc qız rəfiqəsinə sevdiyi oğlanla ailə qurmaq üçün Makol kəndindən qaçmağa kömək edib. Bu səbəbdən yerli ağsaqqallar Şurası onu cəzalandırmaq qərarına gəlib. 15 nəfərdən ibarət Şura hesab edib ki, belə hərəkət insanın şərəfini ləkələyir.

Gənc qızı Donqa Qali şəhərinin kənarındakı köhnə evlərdən birinə gətirib öldürüblər. Sonradan onun cəsədini mikroavtobusun oturacağına bağlayaraq yandırıblar.

Polis cinayətdə əli olan 13 nəfəri, o cümlədən qızın anasını da həbs edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.