Dünya

70 yaşlı "superata" 100-cü uşağı planlaşdırır - VİDEO

5 May 2016 13:56
17 Şərh     Baxış: 3 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

99 uşaq atası Daad Məhəmməd Murad Əbdürrəhman 2018-ci ilə 100-cü uşağını planlaşdırır.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, 70 yaşlı Daadın indiyədək 99 uşağı doğulub. Onun hazırda 96 uşağı var. 3 uşaq xəstəliklərdən dünyasını dəyişib. Onun axırıncı tələf olan uşağı 25 yaşlı Fərid olub. O, qəfil ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan 70 yaşlı superata 99 uşağı 22 arvaddan dünyaya gətirib. Onun ən böyük uşağının 49 yaşı var, ən kiçik uşağı isə 16 aylıqdır. O, 100-cü uşağı dünyaya gətirməklə bu sahədə rekorda imza atmağı planlaşdırır.

Superata Daadın ailəsi isə çoxmillətlidir. Ərəb arvadlarından başqa, onun Hindistan, Pakistan, İran, Banqladeş, Mərakeş və Filippindən arvadları var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

70 yaşlı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.