Dünya

Bazar yaxınlığında partlayış: 6 ölü, 28 yaralı - FOTO

5 May 2016 12:46
0 Şərh     Baxış: 3 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın Hums şəhərinin şərqində ard-arda partlayışlar olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Suriya dövlət televiziyası yayıb. Məlumata görə, əvvəlcə bomba qoyulmuş minik vasitəsi partladılıb. İkinci partlayışı isə kamikadze törədib.

Partlayışlar bazar və hərbi hissə komissarlığı yaxınlığında baş verib. Hadisə yerinə polis, xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata görə, 6 nəfər ölüb, 28 nəfər yaralanıb. 

Qeyd edək ki, partlayışa görə heç bir terror dəstəsi məsuliyyəti öz üzərinə götürməyib.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.