Dünya

İsrail NATO-da daimi nümayəndəliyini açır

4 May 2016 13:51
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Brüsseldəki NATO mənzil-qərargahı nəzdində daimi nümayəndəliyini açmaq hüququnu alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin mətbuat katibi Emmanuel Naxşon deyib.

O qeyd edib ki, bundan sonra İsrail həm NATO yanında öz daimi nümayəndəliyini aça, həm də öz daimi nümayəndəsinin akkreditasiya prosesini başa çatdıra biləcək.

E.Naxşon deyib ki, belə hüquq ölkəyə İsrail XİN-i və Müdafiə Nazirliyi ilə NATO arasındakı uzun sürən danışıqlardan sonra verilib.

İsrailin baş naziri və XİN-in rəhbəri Binyamin Netanyahu NATO-nun bu qərarını alqışlayıb və deyib ki, bu, ölkənin təhlükəsizləyinə yardım işində mühüm addımdır.

Qeyd edək ki, İsrail NATO-nun üzvü deyil.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.