Dünya

Davudoğludan Rusiyaya barışıq mesajı

4 May 2016 13:42
0 Şərh     Baxış: 2 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə və Rusiya bir-birinə ehtiyacı olan iki ölkədir".

Milli.Az report-a istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu "Al Jazeera Turk"-ə müsahibəsində deyib.
Baş nazir bildirib ki, rəsmi Ankaranın məsələ ilə bağlı mövqeyi dəyişməyib: "Bütün açıqlamalarımızda demişik ki, Türkiyə və Rusiya tarixən iki qonşu dövlətdir, Türkiyənin Rusiyaya, Rusiyanın da Türkiyəyə ehtiyacı var".
Ə.Davudoğlu vurğulayıb ki, təyyarə hadisəsi Rusiyaya qarşı yönəlməmişdi: "Ora Suriya torpağıdır. Təyyarənin mənsub olduğu dövlət də məlum deyildi. Torpağımız və hava məkanımızı qorumaq haqqımız var. Rusiya həmin hadisəni özünə qarşı atılmış addım kimi qəbul etdi. Təyyarənin hava məkanımızı pozması hadisəsi əslində Türkiyəyə qarşı idi. Bunu anlayacaqlarına ümid edirəm. Yenidən Rusiya ilə əvvəlki kimi əməkdaşlıq etmək istəyirik, hətta əvvəlkindən də daha yaxşı".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.