Dünya

Deputatı şantaj edən sayt rəhbəri və köməkçisi tutuldular

4 May 2016 13:25
0 Şərh     Baxış: 1 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda sayt rəhbəri və köməkçisi "reket" fəaliyyətinə görə həbs olunub.

Milli.Az modern.az-a istinadən bildirir ki, analitik.am saytının direktoru Ani Ovanisyan və onun köməkçisi ölkə parlamentinin deputatından rüşvət tələb edərkən yaxalanıblar.

Jurnalistlər saytda deputat və onun ailəsi haqda həqiqətə uyğun olmayan xəbərlər yazıb, daha sonra isə deputatla görüşərək bu yazıların dayandırılması üçün ayda 60 min dram (təxminən 5 min dollar) rüşvət tələb ediblər.

Mayın 3-də Yerevanın Nalbandyan küçəsindəki kafelərdən birində deputat pulu Ani Ovanisyana təqdim edərkən qabaqcadan hadisə yerini müşahidə edən polislər tərəfindən həbs olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.