Dünya

Çində dollar bahalaşır

4 May 2016 13:27
0 Şərh     Baxış: 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Xalq Bankı bu gün milli valyuta kursunu - yuanın dollara olan məzənnəsini 0,58% aşağı salıb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə Çin Valyuta Ticarət Sisteminin (CFETS) saytında yerləşdirdiyi məlumatda deyilir. 

Yeni məzənnəyə əsasən, çinlilər bir dollar üçün 6,4943 yuan ödəməlidirlər. 

Qeyd edək ki, bundan əvvəl Çin yuanı dekabrın 14-da devalvasiyaya uğrayıb və bir dollar 6,4445 yuan olub. 

Bundan əvvəl yuanın dekabrın 10-da məzənnəsi dəyişmişdi.

Xatırladaq ki, Çin Xalq Bankı bu ilin avqust ayında üç gündə milli valyutanı üç dəfə devalvasiya etmişdi: avqustun 11-i Çin valyutası 1,9%, avqustun 12-i isə daha 1,62% devalvasiya edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.