Dünya

Körpə uçqun altından 4 gün sonra sağ tapılıb

4 May 2016 08:36
2 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keniyada xilasedicilər 4 gün əvvəl uçan binanın qalıqları altından 6 aylıq uşağı sağ taparaq xilas ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yorğana bürünmüş qız uşağı vedrənin içində olub. Həkimlər uşaqda həddindən artıq susuzlaşma qeydə alıblar, lakin onun bədənində heç bir xəsarət aşkar olunmayıb.
Qeyd edək ki, Keniyada aprelin 29-da intensiv yağışlar nəticəsində altı mərtəbəli bina uçub.  Son məlumata görə, insident nəticəsində azı 23 nəfər ölüb, 120-dən çox sakini uçqun altından xilas etmək mümkün olub, 93 nəfər hələ də itkin düşmüş hesab edilir.
 
Hadisə ilə əlaqədar binanın 2 sahibi və 21 məmur saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.