Dünya

Bakının sərt bəyanatı İrəvanı qorxutdu

3 May 2016 23:57
0 Şərh     Baxış: 11 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dağlıq Qarabağa dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun "müstəqilliyinin" tanınması demək deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İrəvanda  Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan bildirib.
 
"Ermənistan hökumətinin gündəliyinə Dağlıq Qarabağın tanınması haqqında qanun layihəsinin qəbul edilməsi məsələsi deyil, iki deputatın qanunverici təşəbbüsünə hökumət tərəfindən rəy verilməsi məsələsi daxil edilib", - deyə nazir müavini qeyd edib.  
 
"Tanınma vəziyyətin gələcək inkişafı ilə bağlı olacaq", - deyə Köçəryan qeyd edib. Onun sözlərinə görə,  Azərbaycan münaqişə zonasında hərbi əməliyyatlara başlayacağı təqdirdə  "DQR"-in tanınması məsələsi gündəmə daxil ediləcək.  
 
Qeyd edək ki, Azərbaycan XİN-i bundan əvvəl bəyanatında qeyd edib ki, Ermənistan Dağlıq Qarabağı tanımaqla danışıqlar prosesinə son qoymuş olacaq.
 
Xatırladaq ki, Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda  Dağlıq Qarabağın tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib. Bu təşəbbüs müxalif "İrs" partiyasından olan deputat Zarui Postandjyan və eks-baş nazir, hazırda müxalif "Erməni Milli Konqres"dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.  

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.