Dünya

İranda erməni deputatlardan QARABAĞ "ŞİKAYƏTİ" - FOTO

3 May 2016 23:48
3 Şərh     Baxış: 3 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə Qarabağda baş verən son olaylar İrandakı erməniləri ciddi təşvişə salıb. Həmçinin Güney Azərbaycanda yaşayan soydaşlarımızın Qarabağ məsələsi ilə bağlı həmrəylik nümayiş etməsi erməni deputatları və tərəfdarları arasında böyük narahatlıq doğurub.

Beləliklə, İranın erməni tərəfdarları olan asori, zərdüşt və kəlimi topluluqlarının məclisdəki təmsilçiləri güneyli soydaşlarımızın Qarabağın işğalına qarşı həmrəylik nümayiş etməsi ilə bağlı İranın Daxili İşlər Nazirliyinə şikayət ünvanlayıblar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə İranda populyar olan Teleqram sosial şəbəkəsində məlumat yayılıb.

Açıq məktub şəklində ünvanlanan şikayətdə bildirilir: "Daxili İşlər Naziri, cənab Rəhmani-Fəzli, salam. Sayqılarımızla birlikdə elan edirik ki, keçən həftə baş verən Qarabağ münaqişəsini bəhanə edərək Təbrizdə, Urmiyada, Qərbi və Şərqi Azərbaycan əyalətlərinin bəzi şəhərlərində bəzi hərəkətlər (axınlar) ermənilərə qarşı təhrikçi işlərə əl atıblar ki, bu məsələ də erməni topluluğunu nigaran edib. Görünən odur ki, bu qruplar İslami birlik adı altında separatçılıq edirlər. Biz bu hərəkətlərə qarşı etiraz edir və sizdən bu vəziyyətin qarşısının alınmasını istəyirik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.