Dünya

BBC-nin cəbhənin Azərbaycan tərəfindən REPORTAJI - FOTO

3 May 2016 23:34
1 Şərh     Baxış: 1 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın qərbində gücdən istifadə nəticəsində 20 ilə yaxın çəkən atəşkəs pozulub.

Ermənistan münaqişədə birbaşa iştirak etmədiyini iddia edərək mübahisəli Dağlıq Qarabağ regionunda etnik ermənilərin öz müqəddaratını təyinetmə hüququnu qoruduqlarını bildirir. Azərbaycan isə ərazisinin Ermənistan tərəfindən işğal olunduğunu və döyüşləri Ermənistanın apardığını deyir.
Aprelin əvvəlində döyüşlər başlanandan ilk dəfə olaraq hökümət səviyyəsində təşkil edilmiş tədbir çərçivəsində BBC-ə Azərbaycan tərəfindən cəbhə xəttinə baş çəkməyə icazə verildi.
Aprel ayında BBC Dağlıq Qarabağda təmas xəttinin əks tərəfindən reportaj hazırlamışdı.

65 yaşlı Ələklbər Ələkbərov deyir ki, kəndi yağış kimi bomba atəşinə tutulanda evdə çay içərək televizora baxırmış.
O, dağılmış evi göstərib deyir ki, bəxti gətirdiyindən evdən vaxtında çıxıb.
O, "Erməni faşistlərini" ittiham edir.
"Biz torpağımızı sülhlə qaytarmaq istəyirik. Bu alınmazsa, şəxsən mən vətən uğrunda döyüşməyə hazıram".

Azərbaycan hökümətinin cəbhə xəttinə təşkil etdiyi səyahət zamanı bizə və başqa jurnalistlərə bir neçə kəndə və iki hospitala baş çəkmək, yanmış binaların şahidi olmaq, yaralılarla və həlak olanların qohumları ilə görüşmək imkanı yaradıldı.
Əlində qardaşı Familin şəklini tutan Qənbər Mustafayev qohumları həlak olmuş digər üç nəfərlə avtobumuzun dayandığı yerdə bizi gözləyirdi.
"Mənim qardaşım öz evində şəhid olub", o bizə deyir.
"O, Vətən uğrunda həlak olub, mən də buna hazıram".
Cəbhəyanı bölgələrə ezamiyyətimizi hökümət planlaşdırsa da, yerli insanlar arasında Ermənistana münasibətdə gerçək və dərin düşmənçilik hissinin olduğu görünürdü.
Bu qəzəb ona köklənir ki, azərbaycanlıların əksəriyyəti Dağlıq Qarabağ və Azərbaycanın rəsmən tanınan sərhədi daxilində digər geniş ərazilərin Ermənistan tərəfindən işğal olunduğunu hesab edir.
Dağlıq Qarabağda etnik ermənilərin rəsmilərinin təbirincə, onlar öz müqəddəratını təyinetmə hüququnu müdafiə edirlər.

"Qaçılmaz" toqquşma

Lakin Azərbaycan XİN rəsmisi Hikmət Hacıyev hesab edir ki, beynəlxalq birlik onun ölkəsini dəstəkləyir.
O, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazisindən Erməni qoşunlarının çıxarılmasını tələb edən 4 qətnaməni qeyd edir.
"Azərbaycan münaqişənin siyasi yolla həllinə nail olmaq üçün danışıqlara sadiqdir", o, deyir.
Bölgədə hər iki tərəfdən dərin kök buraxmış ədavət 1988-1994-cü illərdə tərəflər arasında baş vermiş qanlı müharibədən irəli gəlir.

Qəliz müttəfiqliklər

Ermənistan tərəfindən dəstəklənən tanınmamış Dağlıq Qarabağ respublikasının qüvvələri Azərbaycanı aprel ayının əvvəlində zorakılığın kəskin eskalasiyasına görə ittiham edirlər.
Lakin Azərbaycan buna görə Ermənistanı ittiham edir.
XİN sözçüsü Hikmət Hacıyev iddia edir ki, Yerevan "işğal olunmuş ərazilərin təhlükəsizliyini təmin etmək üçün" "yeni ərazilər zəbt etmək " strategiyasını həyata keçirir.
Sülh danışıqlarında Rusiya ən fəal vasitəçi rolunda çıxış edir.
Lakin Azərbaycanın əsas müttəfiqi olan Ankara ilə Moskvanın münasibətləri noyabr ayında Türkiyə Rusiya təyyarəsini Suriya sərhədində vurandan sonra pisləşib.
Mart ayında keçirlmiş nüvə sammiti çərçivəsində prezident Əliyev Obama administrasiyasının üzvlərilə görüşüb.
Bu regionda müttəfiqlik kimin vuruşduğunu təsvir etmək üçün istifadə olunan sözlər qədər qəlizdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.