Dünya

Gənc oğlan valideynlərinin gözü qarşısında özünü öldürdü

3 May 2016 20:40
0 Şərh     Baxış: 3 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Yaroslavl şəhərində 27 yaşlı azərbaycanlı Şaiq Ağabalayev intihar edib.

Milli.Az-ın virtualaz.org-a istinadən məlumatına görə, Şaiqin atası Camaləddin uzun illər Neftçalada tikinti idarələrindən birinin müdiri işləyib. Amma 25 il əvvəl ailəsini də götürərərk Rusiyanın Yaroslavl şəhərinə köçüb. Balaca Şaiq isə Həsənabad kəndində babası Mehracın himayəsində böyüyüb. O da orta məktəbi bitirdikdən sonra valideynlərinin yanında yaşamaq üçün Yaroslavla gedib.

İntihar hadisəsinin isə ailə münaqişəsi zəminində valideynlərinin gözləri qarşısında baş verdiyi deyilir. Şaiq ov tüfəngi ilə atəş açaraq özünü öldürüb.

Mərhumun cənazəsinin yaxın vaxtlarda Neftçala rayonuna gətirilərək dəfn olunacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.