Dünya

Hələbə aviazərbə endirildi: azı 20 ölü

3 May 2016 18:30
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Terrorçular Suriyanın Hələb şəhərinə hücum ediblər.

Anspress-in məlumatına görə, hazırda Suriya ordusu və könüllü döyüşçülər "Nusra Cəbhəsi" terror qruplaşması və onların müttəfiqlərinin hücumlarını dəf etməyə çalışırlar.

"Terrorçuların şəhəri bombalanması nəticəsində azı 20 nəfər həlak olub"

Rusiya mənbələrinin verdiyi məlumata görə, Suriya ordusu ilə hücumçular arasında qızğın döyüşlər elm şəhəri sayılan Hələbdə gedir. Orduya, eyni zamanda, Suriyanın "BBC" təyyarələri də kömək edir. 

Adıçəkilən terror qrupunun üzvləri hücumdan əvvəl şəhərin yaşayış məntəqələrini şiddətli raket atəşinə tutublar. Nəticədə azı 20 nəfər həlak olub. Xeyli sayda yaralı var.

Ötən gün də Hələb şəhəri hücuma məruz qalıb. Bu dəfə şəhər beş istiqamətdən bombardman edilib. Lakin aviasiya zərbələrindən sonra geri çəkilməyə başlayıblar. 

Bu ilin fevral ayında Suriyada atəşkəs barədə razılaşma əldə edildiyi haqda xəbərlər yayılıb. Bu barədə Qərbin  diplomatik mənbələrinə istinadən "Reuters"agentliyi xəbər verib. Məlumata əsasən, ABŞ və Rusiya Suriyada atəşkəsin fevralın 27-dən etibarən qüvvəyə minməsi barədə razılaşıb. 

Suriya vətəndaş müharibəsi 2011-ci ilin mart ayından başlayıb. Hökumət qüvvələri və müxalif qruplar arasında başlayan qarşıdurmalarda əsas tələb prezident Bəşər Əsədin istefası olub. Lakin sonradan vətəndaş müharibəsi silahlı terrorçu qruplarla mübarizəyə çevrilib. İllərdir davam edən qanlı savaşlar yüz minlərlə insanın həyatına son qoyub, minlərlə insan ölkəsini tərk edərək qaçmağa vadar olub. 

Lakin atəşkəs razılaşmasına "Nusra Cəbhəsi" və İŞİD terror qruplaşması daxil deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.