Dünya

Türkiyədə terrora dəstək verənlərin toxunulmazlığı ləğv ediləcək

3 May 2016 17:45
0 Şərh     Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə terrora dəstək verənlər barədə mütləq tədbir görüləcək.

Milli.Az salamnews-a istinadən bildirir ki, bunu ölkə baş naziri və hakim Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu partiyasının fraksiya iclasında bəyan edib.

Xalqların Demokratik Partiyası (HDP) millət vəkillərinin toxunulmazlığının ləğvinə dair qanun layihəsinin parlamentin Konstitusiya komissiyasında qəbul edilməsi ilə bağlı danışan Davudoğlu bildirib: "HDP-lilər heç yerə qaça bilməzlər. Toxunulmazlıq prosesinin qarşısını almaq üçün millət vəkillərimizə hücum edirlər. Məclisi döyüş, qarşıdurma yerinə çeviriblər. Terror təşkilatını dəstəkləyən hər kəs haqqında tədbir görüləcək. Heç bir yerə qaça bilməzlər. HDP-lilər və xəyanət edənlərin toxunulmazlığı ləğv olunacaq!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.