Dünya

ABŞ qoşunları Moldovaya daxil oldu

3 May 2016 14:00
0 Şərh     Baxış: 1 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ hərbçiləri və hərbi texnikası bu gün səhər saatlarında Rumıniyadan Moldova ərazisinə daxil olub.

Milli.Az modern.az-a istinadən bildirir ki, keçmiş sovet respublikasına 100-dən artıq zirehli texnika və 2 minə yaxın əsgər gəlib.

Onların sərhədi keçməsinə qarşı Sosialist Partiyasının fəalları etiraz aksiyası təşkil etsələr də, polis etirazçıları ərazidən uzaqlaşdırıb.

Moldova mətbuatının məlumatına görə, Moldovada mayın 3-dən 20-nə kimi "Dragon Pionner" təlimi baş tutacaq. Hərbi təlim zamanı amerikalı hərbçilər moldovalı hərbçilərə yardım göstərəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.