Dünya

Şakira türkdür? - YENİLƏNİB

3 May 2016 16:54
8 Şərh     Baxış: 3 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şakira türkdür.

16:54

Anspress-in məlumatına görə, bu iddianı Türkiyənin Erciyes Üniversitetinin tarix fakültəsinin elmi işçisi Gökhan Bolat səsləndirib. Onun sözlərinə görə, Argentinanın keçmiş dövlət başçısı, "El Turko" ləqəbli Karlos Menem və dünyanın ən varlı adamı seçilən Karlos Slimin kökləri də Osmanlıya dayanır. 

"Köç edənlərin Osmanlı sənədi olub"

Onun sözlərinə görə, Latın Amerikasında yaşayan  və Los Turkos olaraq bilinən toplum 1840-1951-ci illər arasında Osmanlı imperiyası və Türkiyə Cümhuriyyətindən  köç edib.  

"Los Turkos" sözünün ispan dilində mənası "türklər" deməkdir. "Bu ifadədən 1840-cı ildən etibarən Latın Amerikasına köçən fərqli etnik və dini qruplardan olan bütün Osmanlı vətəndaşlarını seçmək üçün istifadə edilib. Köç edənlərin yanlarında osmanlı sənədləri var idi və buna görə də qeydiyyata "Los Turkos", yəni "türklər" kimi düşüblər. 

Köçlər, əsasən, iki mərhədə olub. 1840-1890-cı illər və 1890-1951-ci il. Gökhan Bolatın sözlərinə görə, bu insanlar əsasən iqtisadi çətinliklərlə bağlı olaraq ölkələrini tərk ediblər. İlk zamanlarda kiçik işlərdə çalışan türklər sonradan bütün dünya tərəfindən tanınan insanlar halına gələ biliblər. 

2007, 2010 və 2011-ci illərdə "Forbes" jurnalı tərəfindən dünyanın ən varlı insanı olaraq seçilən meksikalı iş adamı Karlos Slim, 1989-1999-cu illərdə Argentinaya rəhbərlik edən və o zaman "El-Turko" ləqəbi ilə tanınan Karlos Menem, dünyanın məşhur müğənnisi Şakira bunun ən tanınmış nümunələridir. Hazırda Latın Amerikası ölkələrində nazirlik səviyyəsində post tutan kifayət qədər "Los Turkos" da var. 

-----------

13:23

Erciyes Universitetinin müəllimi Gökhan Bolat inanılmaz iddialarla çıxış edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, Latın Amerikasında yaşayan "Los Turcos" topluluğunun köklərinin osmanlılara gedib çatdığını söyləyib. Dosent iddia edir ki, Argentinanın keçmiş prezidenti Karlos Menem, dünyanın ən varlı adamlarından olan Karlos Slim, eləcə də müğənni Şakira osmanlıdırlar.

G.Bolat bu insanların 1840-1951-ci illər arasında Osmanlı dövləti və Türkiyə Respublikasından Latın Amerikasına köç edən ərəb, erməni və yəhudilərdir. "Los Turcos" ispanca "Türklər" mənasına gəlsə də, bu adlandırmanın etnik əsası olmadığını, amma onların Osmanlı İmperiyasından gəldiyinı bildirib:

"Los Turcos"ların getmələrinin həm iqtisadi, həm hərbi, həm də dini səbəbləri var idi. Amma əsas səbəb "yeni qitə"nin bütün insanlar kimi, Osmanlıdakı insanları da cəlb etməsi idi. Bunun araşdırılması Türkiyənin xeyrinə ola ilər. Çünki orada 40 milyona yaxın "los turcos" var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.