Dünya

Rusiyada sabiq polis rəisini və 5 nəfəri öldürən azərbaycanlılar tutuldular - VİDEO - FOTO

2 May 2016 17:11
7 Şərh     Baxış: 5 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Samara vilayətindəki Sızran şəhərinin sabiq polis rəisi Andrey Qoştu və onun ailəsini qətlə yetirməkdə şübhəli bilinən şəxslər tutulublar.

Milli.Az Rusiya DİN-in rəsmi saytına istinadən bildirir ki, onlar üç nəfərdirlər. İki nəfər mənzillərdə, bir nəfər isə avtobus dayanacağında yaxalanıb.

Sızran rayon prokuroru Yevgeni İrxanın dediyinə görə, tutulan şəxslər Azərbaycan vətəndaşlarıdır. 
Həmin şəxslər artıq ilkin ifadələrini veriblər. 
Cinayətkarlar aprelin 24-də Andrey Qoştun İvaşevka qəsəbəsindəki evinə girərək onu və ailə üzvlərini, qohumlarını qətlə yetirmişdilər. Yalnız Qoştun 7 yaşlı qohumu xilas ola bilib.  Həmin qız çox ağır travmalarla xəstəxanaya yerləşdirilib.
Polisdən verilən məlumata görə, A.Qoşt və daha 5 nəfər yuxuda olanda öldürülüblər. Quldurların armatur kəsiklərindən istifadə etdikləri də deyilir.

Azərbaycanın 3 vətəndaşı A.Qoştun evində iki kişi və 4 qadını vəhşicəsinə qətlə yetirməkdə suçlu bilinirlər.
Cinayətin quldurluq zəminində törədildiyi vurğulanır.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiyada ailəni qətlə yetirən azərbaycanlı tutuldu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.