Dünya

Avropa liderindən Ankaraya erməni "badalağı"

2 May 2016 16:13
0 Şərh     Baxış: 1 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya parlamenti "erməni soyqırımı"nı tanıyacaq.

Milli.Az publika.az-a istinadən bildirir ki, Almaniya Sosial Demokrat Partiyasının parlament fraksiyasının rəhbəri Tomas Opperman parlamentin 1915-ci hadisələrini "erməni soyqırımı" olaraq tanıyacağını deyib.
 
O, müvafiq qanun layihəsinin iyunun 2-də səsverməyə çıxarılacağını bildirib. Millət vəkili qeyd edib ki, Türkiyədən gələ biləcək reaksiyalar qanun layihəsinin qəbuluna mane olmamalıdır.
 
Qeyd edək ki, Almaniya prezidenti Yoahim Qauk və parlament sədri Norbert Lammert Osmanlı imperiyasında 1915-ci ildə baş verən hadisələrin 100-cü ildönümündə "soyqırım" ifadəsini işlətsələr də, parlament indiyə qədər "erməni soyqırımı" qanununu qəbul etməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.