Dünya

İŞİD-çi Türkiyəni qana boyadı: ölənlər və yaralılar var - YENİLƏNİB

1 May 2016 18:28
14 Şərh     Baxış: 5 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:28

Bu gün səhər saatlarında Türkiyənin Qaziantep şəhərində bomba yüklü avtomobilə partlayış törədən "canlı bomba"nın şəxsiyyəti müəyyənləşdirilib.
 
APA-nın "Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, "canlı bomba"nın İŞİD terror təşkilatının üzvü İsmayıl Güneş olduğu üzə çıxıb.
 
İ. Güneşin babası Süleyman Güneşin evində axtarış aparılıb. Polis tərəfindən saxlanılan zaman "Vətən bizim Vətənimiz, islam bizim islamımız" diyərək qışqıran S. Güneş 30 nəfərlik qrupun hücumuna məruz qalıb. Polis kütləni sakitləşdirib və S. Güneş saxlanılıb.
 
İ. Güneşin anasının bir müddət əvvəl vəfat etdiyi və  anasının vəfatından sonra İ. Güneşin psixoloji durunun gərgin olduğu bildirilir. İ. Günşin İŞİD üzvü olduğu da müəyyən edilib.
 
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Gaziantep şəhərində Polis İdarəsinin qarşısında bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 18-i polis əməkdaşı olmaqla, 22 nəfər yaralanıb. 

------------

13:25

Bu gün səhər saatlarında Türkiyənin Qaziantep şəhərində bomba yüklü avtomobillə törədilən partlayış nəticəsində  ölən və yaralananlarla bağlı son statistika açıqlanıb.
 
APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Qaziantep valiliyi partlayış nəticəsinə 1 polisin şəhid olduğunu açıqlayıb.
 
Yaralıların sayı isə 23 nəfərdir. Yaralıların 19-u polis əməkdaşı, 4-ü mülki şəxsdir.  
 
Terror aktının 1-i canlı bomba olmaqla, 3 İŞİD terrorçusu tərəfindən həyata keçirildiyi iddia olunur. 

----------

11:22

Türkiyənin cənub-şərqində partlayış baş verib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, partlayış Qaziantep şəhərində polis bölməsinin önündə baş verib.

Hadisə yerinə təcili tibbi yardım və fövqəladə hallar briqadaları göndərilib.

"Haber 7" qəzetinin yazdığına görə, Qaziantep millət vəkili Mehmet Erdoğanın sözlərinə görə, partlayış nəticəsində bir polis əməkdaşı həlak olub, digər polis əməkdaşı ağır yaralıdır, 10 nəfər mülki şəxs isə ağır xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Anadolu agentliyinin hadisə ilə bağlı yaydığı məlumata görə isə Qaziantep valisi Ali Yerlikaya bildirib ki, hadisə nəticəsində bir polis əməkdaşı ölüb, 9-u polis olmaqla 13 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.