Dünya

14 yaşlı qız ona təcavüz edənlə ailə qurur

30 Aprel 2016 14:16
10 Şərh     Baxış: 6 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə təcavüz etdiyi qızla evlənmək istədiyini deyən Ali Berkan sərbəst buraxılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcavüz hadisəsi ötən il baş verib. Ali Berkan 14 yaşlı M.A. adlı qıza binanın çardağında təcavüz edib. O, daha sonra polis tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb. Məhkəmənin qərarına əsasən Aliyə 25 illik həbs cəzası verilib.

Lakin Ali məhkəmədə özünü müdafiə etmək və həbsdən qurtulmaq üçün qızla evlənmək istədiyini söyləyib. Qızın valideynləri şikayətini geri götürüblər. Nəticədə o, məhkəmənin də qərarı ilə azadlığa buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.