Dünya

Dörd saata 6 milyard dollar qazanan adam

30 Aprel 2016 11:05
0 Şərh     Baxış: 2 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ internet riteyleri "Amazon"un yaradıcısı Ceff Bezosun sərvəti şirkətin rekord rüblük gəlirləri açıqlandıqdan 4 saat sonra 6 milyard dollar artaraq 60 milyard dollara çatıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, "Bloomberg Billionare" agentliyinin versiyasına əsasən, C.Bezos Meksikalı telekommunikasiya maqnatı Karlos Slimi geridə qoyaraq dünyanın ən zəngin adamları siyahısında 4-cü sıraya yüksəlib.
 
Qeyd edək ki, "Amazon" öz tarixi boyunca rekord rüblük gəlir əldə edib. 2016-cı ilin ilk 3 ayı ərzində "Amazon"un xalis mənfəəti 513 milyon dollar olub.

Şirkətin gəliri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 29,1 milyard dollara çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.