Dünya

İranda seçki zamanı silahlı insident: yaralılar var

30 Aprel 2016 10:02
0 Şərh     Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın cənubunda, Fars əyalətinin Mamasani bölgəsində parlamentə keçirilən seçkilərin II turunda mühafizəkarların tərəfdarları ilə islahatçıların nümayəndələri arasında atışma nəticəsində 4 nəfər yaralanıb.

Milli.Az report-a istinadən bildirir ki, bunu İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib.

Onun sözlərinə görə, atışma deputatlığa namizədlərin tərəfdarlarının "rəqabəti"nin nəticəsidir. Nazir müavini qeyd edib ki, bölgədə təhlükəsizlik rejimi tətbiq olunub və günahkarlar axtarılır.

Qeyd edək ki, İran İslam Şura Məclisinə seçkilərin ikinci turu keçirilir. Ölkənin 21 əyalətində 55 dairə üzrə 69 yerə 136 nəfər namizədliyini irəli sürüb. Onların 53-ü mühafizəkar, 38-i islahatçı xətt tərəfdarı, 45-i isə müstəqil namizəd sayılır. 

İranda parlament seçkilərinin birinci turu bu il fevralın 26-da keçirilib. Həmin tarixdə parlamentdəki 290 yerə 221 deputat seçilə bilib. Onların 46 faizi mühafizəkar, 37,5 faizi islahatçı, 16,5 faizi isə bitərəf sayılır.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.