Dünya

Tacikistanda rus soyad sonluqları qadağan edildi

29 Aprel 2016 20:35
2 Şərh     Baxış: 1 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tacikistanda "-ov", "-ova", "-oviç", "-ovna" kimi rus sonluğu ilə bitən familiyalar rəsmi şəkildə qadağan olunub.

Milli.Az avropa.info-ya istinadən xəbər verir ki, bu barədə Tacikistanın VVAQ orqanının nümayəndəsi Cəlaləddin Rəhimov məlumat yayıb.

O qeyd edib ki, uşaqları üçün rus familiyalarını saxlamaq istəyən şəxslərlə maarifləndirici iş aparılır. Tacik rəsmi deyib ki, vəziyyət dəyişməsə, 10 ildən sonra tacik uşaqların yarısı milli, digər yarısı ruslaşdırılmış familiya daşıyacaqlar.

Onun sözlərinə görə, bundan sonra doğulan taciklər "zod", "zoda", "y", "iyon", "far" sonluqlu soyadlar daşıyacaq. Qanuna dəyişiklik ölkə parlamenti tərəfindən hələ yanvar ayında qəbul olunmuşdu. Qanun ancaq tacikəsilli vətəndaşları əhatə edəcək. Digər etnoslar özlərinə uyğun soyad daşıya bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.