Dünya

Dağlıq Qarabağ ermənilərinə göndərilən yardımlar oğurlanıb satılırmış

29 Aprel 2016 20:33
3 Şərh     Baxış: 2 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan hüquq-mühafizə orqanları Dağlıq Qarabağa göndərilən yardımların satılmasına dair yayılan xəbərlərlə bağlı araşdırma aparır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ölkə prokurorluğu "Orinats Yerkir" Partiyasının deputatı Levon Doxolyanın məlumatı əsasında Ermənistan Polisinə (Daxili İşlər Nazirliyinə) sorğu göndərib.

L.Doxolyan özünün "Facebook" səhifəsində yazıb ki, Dağlıq Qarabağ üçün nəzərdə tutulan yardımlar Ermənistanda və Dağlıq Qarabağın özündə satılır. Ermənistan Polisinin ictimaiyyətlə əlaqələr və mətbuat şöbəsindən bildiriblər ki, L.Doxolyanın qeyd etdiyi məsələ ilə bağlı araşdırmalara başlanılıb. İstintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.