Dünya

Norveçdə helikopter qəzası: 11 ölü

29 Aprel 2016 20:29
0 Şərh     Baxış: 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 29-da Norveçin Bergen şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Stavanger Aftenblad qəzetinin məlumatına görə, xilasedicilər 11 nəfərin cəsədini tapıblar.

Helikopterdə olan sərnişinlərin dəqiq sayı məlum deyil. Bəzi məlumatlara görə, 13 nəfər olub. Onların arasında Britaniya, İtaliya və Norveç vətəndaşlarının olduğu bildirilir.

Cəsədlər həm suda, həm də quruda aparılan axtarışlar nəticəsində tapılıb. Axtarışlar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.