Dünya

"Səs-küy salırdılar, öldürdüm" - Erməni ailəsini qətlə yetirən rus əsgər

29 Aprel 2016 19:10
5 Şərh     Baxış: 2 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Ermənistanın Gümrü şəhərində 7 nəfərdən ibarət erməni ailəsini qətlə yetirən rusiyalı əsgər Valeri Permyakov öz cinaytinin motivlərini izah edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, əsgər 2 yaşlı və 6 aylıq körpələri qətlə yetirməsinin səbəblərini bu cür izah edib.

"Uşaqlar səs-küy salırdılar, çöldə isə itlər hürürdü. Onları öldürdüm ki, bu səs-küy dayansın".

Valeri Permyakov cinayəti tam şəkildə etiraf edib.

Cinayət hadisəsi 2015-ci il yanvarın 12-də törədilmişdi. Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazadan qaçan Permyakov şəhərdəki evlərdən birinə daxil olaraq, Avetisyanlar ailəsinin 7 üzvünü qətlə yetirmişdi. Türkiyə ilə sərhəddə yaxalanan əsgər 2015-ci il martından  məhkəmə qarşısına çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.