Dünya

Hələbdə 202 dinc sakin öldürüldü

29 Aprel 2016 15:33
0 Şərh     Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son bir həftə ərzində Suriyanın Hələb şəhərinin bombalanması nəticəsində 202 dinc sakin həlak olub. 

Milli.Az report-a ist6inadən bildirir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə Təşkilatı məlumat yayıb.

Məlumata görə, Bəşər Əsədə tabe olan silahlı qüvvələrin havadan endirdiyi zərbələr və artilleriya atəşi nəticəsində 21-i uşaq olmaqla 131 dinc sakin öldürülüb.

Bu müddət ərzində müxalifətin açdığı atəş nəticəsində 13-ü uşaq olmaqla 71 dinc sakin həlak olub. 

Xəbərə əsasən, Hələbin müxalifətin nəzarəti altında olan hissəsindəki yeganə uşaq həkimi də açılan atəş nəticəsində həyatını itirib.

İnformasiyada bildirlib ki, B.Əsəd rejiminə aid silahlılar əsasən, mülki əhalinin yaşadığı əraziləri bombalayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.