Dünya

Məşhur futbolçu 9 milyon dollara təyyarə aldı

29 Aprel 2016 15:28
0 Şərh     Baxış: 1 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubunun və Braziliya milli komandasının futbolçusu Neymar 9.1 milyon dollara şəxsi təyyarə alıb.

Milli.Az report-a istinadən bildirir ki, "Cessna" markalı təyyarənin alışı 2015-ci ildə həyata keçirilib. 

Lakin jurnalistlər bundan indi xəbər tutublar. Hava gəmisi 12 nəfəri daşımağa və saatda 890 km sürətlə uçmağa qadirdir. Bundan başqa təyyarə eniş etmədən 5000 km-dək uçuş həyata keçirə bilər. 
Martın 18-də San-Paulu şəhər məhkəməsi fırıldaqçılıq və vergilərdən yayınmaqda ittiham olunan futbolçunun xəzinəyə 45 milyon avro ödəməli olduğuna dair hökm çıxarıb. Bu, yekun qərar deyil və hücumçu apellyasiya verə bilər. 

Qeyd edək ki, Neymar "Barselona"da 2013-cü ildən çıxış edir. Bu mövsüm "sambaçı" Kataloniya komandasının heyətində 44 oyuna 29 qol vurub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.