Dünya

Eurovision-dan ermənilərə ZƏRBƏ

29 Aprel 2016 13:53
1 Şərh     Baxış: 5 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision" beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları bu il üçün olan "bayraqlar siyasəti"ni təqdim edib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, Avropa Yayımlar Birliyi may ayının əvvəlində baş tutacaq müsabiqənin yarımfinal və final mərhələsi zamanı zala hansı bayraqların gətirilə biləcəyinə dair məlumat yayıb. 

Müsabiqə təşkilatçıları qadağan olunan bayraqları siyahısını açıqlayıb. Bu siyahıda "Basklar ölkəsi", "Kosova", "Krım", "Fələstin" və qondarma "Dağlıq Qarabağ Respublika"sının bayraqları var. 

Qeyd edək ki, İsveçdə keçiriləcək müsabiqə iki yarımfinal və final mərhələsindən ibarət olacaq. Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək.

Müsabiqə Stokholmda "Globen Arena"da keçiriləcək.

Bu il müsabiqədə 43 ölkənin nümayəndələri iştirak edəcək. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıblar. Ötən ilin debütant ölkəsi - Avstraliya iştirakını davam etdirir, Portuqaliya isə iştirakçısını göndərməkdən imtina edib.

Xatırladaq ki, 2015-ci ildə Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Beləliklə, "Eurovision" müsabiqəsini keçirmək hüququnu İsveç qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.