Dünya

Benzini ağaclarda yetişdirmək mümkün olacaq

15 Aprel 2016 10:25
2 Şərh     Baxış: 2 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər hesab edirlər ki, bitkilərdən, daha dəqiq desək, yaşıl yosunlardan yanacaq hazırlamaq mümkündür.

Milli.Az Trend-ə istinadən bildirir ki, Botryococcus braunii adlı yosunların tərkibinə yanacaq materialları istehsal etməyə imkan verən zülal daxildir. Bu bitkini benzin, ağ neft və dizel yanacaqlarının hazırlanmasında istifadə etmək olar. Botryococcus braunii yosunu suda istənilən temperaturda yetişir. Alimlərin üzləşdiyi yeganə problem isə yosunların alışqan maddələri məhdud miqdarda istehsal etməsidir.

Tədqiqatlar göstərdib ki, "likopaoktan sintaza" genini nəzarətdə saxlayan zülal karbohidrogenlərin yaranma səviyyəsini tənzimləyir. Bu geni istənilən bitkilərə tətbiq edərək, bioloji yanacağın hazırlanmasını əhəmiyyətli dərəcədə artırmaq olar.

Bu problemin həlli məqsədiylə tədqiqatçılar bitkinin məhsuldarlığını artırmaq üçün mexanizm axtarıblar. Nəticədə alimlər sözügedən bitkidən zülalın yaranmasına səbəb olan "likopaoktan sintaza" adlı geni ayıraraq, onu bütün bitkilərə tətbiq ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.