Dünya

Rusiyada azərbaycanlı narkotacirə 9 il verildi

25 Mart 2016 20:24
2 Şərh     Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Voronej vilayətində 38 yaşlı azərbaycanlı, Tver vilayətinin sakini Faiq Ələkbərova hökm oxunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ələkbərov törətdiyi narkocinayətə görə 9 il cəza alıb.

38 yaşlı kişi qrup şəklində narkotik maddə satışına cəhddə günahkar bilinib.

Vilayət prokurorluğundan verilən məlumata görə, cinayət ötən il törədilib.

2015-ci il iyulun 10-da mühakimə olunmuş şəxs Moskvadan Voronejə narkotik daşımaqla bağlı sifarişə razılıq verib və "Bəy" adlı şəxsin tapşırığını yerinə yetirərək, Moskva şəhərinin Novomoskovsk inzibati dairəsinin Marino qəsəbəsinə gəlib.

Ələkbərov oğlu ilə birlikdə maşını tərk edib. Bu zaman həmin maşına ümumi çəkisi 1 kiloqrama yaxın narkotik maddələr qoyulub.

İyulun 11-də Ələkbərovun avtomobilini Rusiya Federal Təhlükəsizlik Xidmətinin Voronej idarəsinin əməkdaşları saxlayıblar. Maşında 1 kiloqrama yaxın heroin və digər narkotik maddələr aşkarlanıb.

Müttəhim məhkəmədə günahını tam etiraf edib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.