Dünya

ABŞ: mühafizəkar hakim öldü

14 Fevral 2016 20:26
0 Şərh     Baxış: 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ali Məhkəməsinin ən mühafizəkar üzvlərindən olan Antonin Scalia həyatını itirib.
Milli.Az BBC-yə istinadən bildirnir ki, hakim Scalianın ölümü ABŞ Ali Məhkəməsində qüvvələr nisbətini dəyişə bilər. Belə ki, prezident Obama beşinci liberal hakimi təyin edə bilər.
Məhkəmədə mühafizəkarların 5-4 üstünlüyü Obama administrasiyası üçün iqlim dəyişikliyi və miqrasiya məsələlərində ciddi çətinliklər yaratmışdı.
79 yaşlı hakim Scalia 1986-cı ildə prezident Ronald Reagan tərəfindən təyin edilib.
O, şənbə günü Qərbi Texasda ov səfəri zamanı yuxudaykən ölüb, ABŞ Marşallar Xidmətindən bildirilib.
"Təxminən 30 ildir ki, hakim Scalia məhkəmədə çox böyük əmək qoyub," prezident Obama bildirib və onu "fövqəladə məhkəmə mütəfəkkiri" adlandırıb.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.