Dünya

Hindistan baş nazirini ad günün səhv saldı

14 Fevral 2016 20:24
0 Şərh     Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın baş naziri Narendra Modi Əfqanıstan prezidenti Əşrəf Qanini ad günü münasibətilə təbrik edib, lakin o, günü səhv seçib.
Milli.Az BBC-yə istinadən bildirir ki, Modi tvit edərək Qaniyə öz ürək sözlərini çatdırıb: "Sizə uzun ömür, can sağlığı və xoşbəxt həyat yolu arzulayıram".
Qani isə öz növbəsində tvit edərək ad gününün 19 may tarixində olduğunu bildirib.
Əfqanıstan prezidentinin Google profili onun ad gününün 12 fevralda olduğunu göstərir və yəqin ki bu da anlaşılmazlığa səbəb olub.


Tvitin şəxsən cənab Modi tərəfindən edildiyi isə məlum deyil. Onun tvitlərinin sosial media meneceri tərəfindən yazıldığı məlumdur.
Cavabın Münhen Təhlükəsizlik Konfransında olan Qani tərəfindən yazıldığı isə az güman edilir. Prezident paylaşdığı postları AG imzası ilə yazır.
Hindistanda ən azı 22,2 milyon Twitter istifadəçisi var, Qaninin isə 176 min izləyicisi var.
Hindistandakı Twitter istifadəçilərindən biri isə Qaniyə bu cür cavab yazıb: "Bizim vecimizə deyil sənin ad günün nə vaxtdır. Əgər hörmətli baş nazirimiz bu gün təbrik edibsə, biz bu gün qeyd edəcəyik".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.