Dünya

Türkiyədə azərbaycanlı qadın rektora hücumlar...

14 Fevral 2016 16:55
4 Şərh     Baxış: 2 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Giresun Universitetinin rektoru, azərbaycanlı Aygün Attar universitetdə rektorluq seçkiləri ərəfəsində rəqibləri tərəfindən hücumlara məruz qalır.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Aygün Attarı "seçkilərə tək namizəd olaraq girmək üçün rektora yaraşmayan işlərlə məşğul olmaqda" ittiham edirlər.
"Sabah" qəzetinin yazdığına görə, Giresun Sivil İradə Platforması (GSİP) adlı təşkilat A.Attarın universitetin müəllimlərini və elmi işçilərini sıxışdırdığını iddia edərək, onun barəsində Yüksək Təhsil Şurasına (YÖK) şikayət edib. 
Bildirilir ki, Aygün Attar rektor seçkilərində namizədliyini irəli sürən tək alternativ Cevdet Coşkunun professor-müəllim heyəti ilə seçkiqabağı təmaslarını əngəlləyir. Onunla görüşən müəllimləri cəzalandırır.

Universitetdə isə Aygün Attarın əleydarları belə şayiə yayırlar ki, onu rektor vəzifəsinə Azərbaycan prezidenti İlham Əliyevin tövsiyəsi ilə təyin ediblər. Lakin digərləri deyir ki, əgər Azərbaycan prezidenti Türkiyədə univesitet rektoru vəzifəsinə kimisə tövsiyə etsəydi, bunu əyalət universitetində yox, İstanbul və ya Ankara universitetlərindən birində edərdi.

Mətbuat onu da yazır ki, Giresun Ticarət və Sənaye Odası, Ticarət Borsası da Aygün Attarı rektor vəzifəsində görmək istəmirlər. Habelə bildirilir ki, Giresun universiteti Türkiyənin ən zəif ali təhsil müəssisələrindən biridir.
Xatırladaq ki, professor Aygün Attar Türkiyədə tanınmış rektorlardan hesab olunur. 2015-ci ilin yanvarında Azərbaycan prezidentinin Türkiyəyə səfəri zamanı o, prezident Rəcəb Tayyib Ərdoğanın sarayında İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətə də dəvət olunmuşdu.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.