Dünya

Obama Putinə zəng etdi

14 Fevral 2016 16:16
0 Şərh     Baxış: 2 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub. Anspress-in Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iki lider Suriyaya beynəlxalq dəstək qrupunun görüşlərinin yekununu və Ukraynada vəziyyətin tənzimlənməsi məsələsini müzakirə ediblər.

"Hər iki tərəf Münhendə 11-12 fevral tarixlərində Suriyaya beynəlxalq dəstək qrupunun görüşlərini müsbət qiymətləndirib. Həmçinin Minsk razılaşmaları çərçivəsində Ukraynadakı vəziyyətin tənzimlənməsi məsələsi müzakirə olunub", - Kremlin bəyanatında belə deyilir.

Tərəflər Ukraynadakı münaqişənin dayandırılması və humanitar yardımın göndərilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün lazımi dəstək verməyə hazır olduğunu bildiriblər.

Bundan əlavə Rusiya prezidenti Putin Suriyada vahid antiterror cəbhəsinini yaradılmasını təklif edib. Kremlin məlumatına görə, prezidentlər Suriyaya yardım Beynəlxləq qrupunun Münhendə qəbul etdiyi bəyannamənin reallaşdırılması üçün səylərini birləşdirməyə hazırdır.

Rəsmi Vaşinqton bu telefon danışıqları barədə açıqlama verməyib.

Sonuncu dəfə iki ölkə prezidenti arasında telefon danışığı bu ilin yanvarın 13-də baş tutub. O zamanda Obama və Putinin əsas müzakirə mövzusu Ukraynadakı vəziyyət və Minsk razılaşmalarının yerinə yetirilməsi olub. Bundan əlavə liderlər Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi məsələsinə toxunublar. 

Minsk razılaşmaları Ukraynadakı münaqişənin həll edilməsini nəzərdə tutulan sənəddir. Sənəd 12 fevral 2015-ci il Belarusun paytaxtı Minskdə Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Pyotr Poroşenko, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə keçirilən 14 saatlıq görüş zamanı qəbul edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.