Dünya

Klintonun gizli yazışmaları yayıldı

14 Fevral 2016 15:06
0 Şərh     Baxış: 1 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamenti prezidentliyə namizəd Hillari Klintonun qanunsuz elektron məktublarının bir hissəsini ictimaiyyətə təqdim edib.
 
Axar.az xəbər verir ki, 500-dən çox elekton məktubdan 81-i xüsusi dövlət əhəmiyyətli olduğundan  yayımlanmayıb.
 
Yazışmalarda hazırda Dövlət Departamentinin Demokratiya və İnsan Hüquqları Bürosundan çalışan Tim Malinovskinin 2012-ci ildə Obama administrasiyasına Suriyanın şimalında "Uçuşa bağlı bölgə" yaratmağı təklif etdiyi əks olunub.
 
Yazışmalarda Klintondan sonra Con Kerrinin də yanında çalışan Entoni Blinken, ABŞ-ın Suriyadakı sabiq səfiri Robert Ford və ABŞ Milli Təhlükəsizlik müşaviri Susan Rays da daxil olmaqla bir çox rəsmilər Suriya böhranı barədə fikirlərini bölüşüb.
 
Xatırladaq ki, Dövlət depratamneti indiyə qədər 45,830 elektron məktubu ictimaiyyətlə bölüşüb. Lakin federal məhkəmə ümumilikdə 55,000 səhifənin paylaşılması barədə qərar qəbul edib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.