Dünya

"Sən prezident, mən də sənin sevdiyin"

14 Fevral 2016 12:37
5 Şərh     Baxış: 2 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Barak Obama Vaşinqtonun darıxdırıcı olduğunu etiraf edib.
 
Axar.az xəbər verir ki, bir televiziya proqramına qatılan prezident paytaxtın bəzən bürkülü olduğunu deyib:
 
"Vaşinqtondan kənara çıxmaq həmişə yaxşıdır. Çünki bura bəzən bürkülü olur".
 
Ayrıca, prezident həyat yoldaşı Mişel Obamanı Sevgililər günü münasibəti ilə təbrik etməyi də unutmayıb:
 
"Prezident olarkən çox mühüm qərar verdim. Ancaq həyatım boyu verdiyim ən önəmli qərar Mişel Obama ilə evlənməyim oldu. Mişel, səni xoşbəxt etmək üçün hər şeyi edəcəyəm".
 
Mişel Obama isə həyat yoldaşına göndərdiyi sevgi mesajında fikirlərini şeirlə izah edib:
 
"Güllər qırmızı, bənövşələr də mavi, sən prezident, mən də sənin sevdiyin".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.