Dünya

Liviyada 1,7 mln dizel daşıyan tanker saxlanıldı, heyət üzvləri arasında Azərbaycan vətəndaşları var

14 Fevral 2016 09:10
1 Şərh     Baxış: 1 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Liviyanın sahil mühafizə qüvvələri 1,7 mln litr qaçaqmal dizel yanacağı daşıyan "Captain Khayyam" tankeri saxlanılıb. APA-nın "Frans Press"ə istinadən verdiyi xəbərə görə, saxlanılan tanker  Liviya paytaxtı Tripolidəki dəniz bazasına gətirilib.

"Sahil mühafizə qüvvələri ərazidə patrul xidməti çəkərkən göyərtəsində 1,66  mln litr dizel yanacağı olan tanker saxlayıb", - deyə Liviya sahil mühafizə qüvvələrinin nümayəndəsi Əbu Acil bildirib.  

O, həmçinin əlavə edib ki, saxlanılan 12 nəfərdən ibarət heyət üzvləri arasında Türkiyə, Azərbaycan və Ukrayna vətəndaşları var.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.