Dünya

Bəşər Əsəd: "Miqrantları geri qaytarın"

13 Fevral 2016 15:39
1 Şərh     Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə və Səudiyyə Ərəbistanı Suriyaya qarşı hərbi quru əməliyyatları planlaşdırırlar".

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu Suriya prezidenti Bəşər Əsəd bəyan edib.
 
Onun sözlərinə görə, indi Suriya daha bir risk qarşısında qalıb. B.Əsəd deyib ki, Türkiyə və Səudiyyə Ərəbistanı Suriyaya qarşı hər an hərbi əməliyyat keçirə bilərlər:
 
"Biz Suriyanın bütün ərazisinə əvvəlki kimi nəzarəti bərpa edəcəyik. Ancaq bunun üçün müəyyən zaman lazımdır. Türkiyə və Səudiyyə Ərəbistanı olmasa, bu, daha tez ola bilər. İndi biz Türkiyə və Səudiyyə Ərəbistanının güclü təzyiqi ilə qarşı-qarşıyayıq. Bu ölkələrin ərazimizə qarşı hərbi əməliyyatlar keçirməsi riskləri var. Lakin biz də Suriya olaraq öz ölkəmizi onlardan qorumaqda aciz deyilik. Suriya ordusunun Hələbdə terrorçulara qarşı keçirdiyi hərbi əməliyyatların əsas məqsədi ilk növbədə Türkiyə ilə Hələb arasında yaradılan süni koridorun kəsilməsidir. Biz mübarizəmizi davam etdirəcəyik. Avropaya gedən suriyalı miqrantların da günahkarı Qərbdir. Əgər Qərb cinayətkar və təcavüzkar fəaliyyətini dayandırıb Suriya torpaqlarından əlini çəksə, o zaman miqrant böhranı ilə üzləşməzdi. Mən Avropadan həmin suriyalı miqrantların öz Vətənlərinə təhlükəsiz şəkildə qayıtmasına şərait yaradılmasını istəyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.