Dünya

Sərkisyanın 5 dövlətlə razılaşdırılmış çıxışı

13 Fevral 2016 16:16
1 Şərh     Baxış: 1 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serj Sərkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında bütün KTMT dövlətlərinin liderləri adından Türkiyənin Su-24 təyyarəsini vurmasını tənqid etmişdi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında KTMT-nin baş katibi Nikolay Bordyuja söyləyib. Onun sözlərinə görə, Sərkisyanın bu çıxışı bütün üzv dövlətlərin prezidentləri ilə öncədən razılaşdırılmışdı.
 
Qeyd edək ki, 2015-ci ilin dekabrında KTMT-nin Moskvadakı iclasında Serj Sərkisyan Türkiyənin Rusiya təyyarəsini vurmasının Suriyadakı vəziyyətin düzəlməsinə xidmət etməyəcəyini bildirmişdi.
 
KTMT 1992-ci il mayın 15-də Daşkənd paktının imzalamasından sonra fəaliyyətə başlayıb. Müqavilə Ermənistan, Qazaxıstan, Rusiya, Qırğızıstan, Tacikistan, Özbəkistan arasında imzalanıb. 1993-cü ildə təşkilata Azərbaycan, Belarus və Gürcüstan da üzv olublar. Daşkənd müqaviləsi 1994-cü ilin 20 aprelində qüvvəyə minib. Həmin dövrdə müqavilə 5 il üçün nəzərdə tutulmuşdu. 1999-cu ildə Ermənistan, Qazaxıstan, Rusiya, Qırğızıstan, Tacikistan, Belarus bu müqaviləyə yenidən imza atdılar. Azərbaycan, Gürcüstan və Özbəkistan isə təşkilatda üzvlükdən imtina etdilər. Bundan sonra elə həmin il Özbəkistan Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın yaratdığı GUAM təşkilatına üzv oldu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.