Dünya

Heyvanlar üçün onlayn mehmanxana yaradıldı

13 Fevral 2016 15:45
0 Şərh     Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada heyvanlar üçün mehmanxana sifarişi edilməsi üçün nəzərdə tutulmuş "Zoobooking" xidməti yaradılıb.
 
Milli.Az bildirir ki, lent.az-ın "vistanews.ru" saytına istinadən məlumatına görə, təkcə paytaxt Moskvada bu gün 20 belə müəssisə fəaliyyət göstərir.
 
Heyvanlarla səyahət etmək çox narahat və olduqca baha başa gələndir. Heyvan saxlayanların qohumları və ya tanışları hər zaman müvəqqəti də olsa, dördayaqlıları götürə bilmirlər.
 
Bütün bunları nəzərə alaraq rusiyalı tərtibatçıların sayəsində bu ölkədə bir neçə gün əvvəl yeni "Zoobooking" onlayn xidmət fəaliyyətə başlayıb. Bu xidmətin köməyi ilə vətəndaşlar öz heyvanları üçün nəzərdə tutulmuş mehmanxanalarda xüsusi yer bron edə bilərlər.

Hazırda bir heyvanlıq belə yerin gündəlik qiyməti 55 rubl (1.10 manat) təşkil edir. Hazırda Moskvada bütün günü xidmət göstərən 20 belə müəssisə fəaliyyətdədir. Yeni onlayn xidmətin sayəsində potensial müştərilər nəinki sifariş və qiymətləri müqayisə edə, həmçinin mehmanxananın təklif etdiyi rahatlıq haqqında məlumat da əldə edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.