Dünya

Əkiz qızları olacaq, yenidən hamilədir

13 Fevral 2016 16:24
4 Şərh     Baxış: 2 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya şahzadəsi Uilyam və hersoginya Keyt Middlton cütlüyü növbəti uşaqlarının yolunu gözləyir. 

Milli.Az aznews.az-a istinadən bildirir ki, Qərb KİV-lərində hersoginyanın hamilə olması barədə məlumat yayılıb. Hollywood Life yazır ki, Middltonun əkiz uşaqları olacaq. Məlumata görə, uşaqların cinsiyyəti də bəllidir: əkizlərin ikisi də qızdır. 

Elle yazır ki, 33 yaşlı şahzadə Uilyam bu xəbəri heç bir xüsusi ruh yüksəkliyi olmadan qarşılayıb. Belə ki, o, yenidən bu qədər tez ata olmaq istəməyib.

Xatırladaq ki, şahzadə Uilyam və Keyt Middlton 2011-ci il aprelin 28-də ailə qurublar. Onların ilk övladı Corc 2013-cü ildə, qızları Şarlotta isə 2015-ci ildə dünyaya gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.