Dünya

Terrorçuların türk məscidinə basqınını polis "maraq"la seyr elədi

13 Fevral 2016 12:37
1 Şərh     Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın cənubunda yerləşən Marinan şəhərində türk məscidi mədəniyyət mərkəzinə terrorçu PKK qruplaşmasının bir neçə üzv basqın edib.

Report Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda mərkəzin məsullarının yaydığı açıqlamada bildirilib.

Məlumata görə, 5-6 nəfərdən ibarət PKK üzvlərindən ibarət qrup məsciddəki 150-200 nəfərin üzərinə taxta, dəmir parçası və daşla basqın edib. Onlar məscidə Hitlerin portretini asmaq istəyiblər. Həmçinin, Türkiyə və türklərə qarşı təhqiredici ifadələr işlədiblər.

Məscid ərazisindəki asayişə cavabdeh olan polis isə terrorçuların bu hərəkətlərini seyr etməklə kifayətlənib. Polis terrorçuların basqınının qarşısını almaqdansa, mərkəzin iki üzvünü tutub.

"Qurum üzvləri hadisə ilə bağlı polisə şikayət etmək istəyib, ancaq Fransa vətəndaşı olan türklərin də verdiyi verginin hesabına fəaliyyət göstərən asayiş keşikçiləri: "Bu gün işimiz çoxdur, sabah gəlib şikayət edərisiz", - deyiblər", - Türkiyə mətbuatı yazır.

Qeyd edək ki, ötən həftə terrorçu PKK qruplaşmasının üzvləri Fransanın Bordo şəhərindəki Türkiyə baş konsulluğunun binasına basqın edib. Onlar Türkiyə bayrağını endirib, yerinə PKK qruplaşmasının rəhbərinin portretini və rəmzini asıblar.

Məlumata görə, 100 nəfərlik qrup əvvəlcə baş konsulluğun binasının qarşısında Türkiyə əleyhinə şüarlar söyləyiblər. Bunun ardınca onlar diplomatik missiyanın binasından asılan Türkiyə bayrağını endirərək, yerinə terrorçuların rəmzi olan parçanı asıblar.

Xəbərə əsasən, Fransa polisi terrorçuların bu hərəkətini laqeydcəsinə kənardan seyr edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.