Dünya

Bin Ladenin 11 sentyabr SİRRİ

13 Fevral 2016 12:19
2 Şərh     Baxış: 3 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əl Qaidə terror təşkilatının lideri Üsamə bin Laden 2001-ci il 11 sentyabr terrorunu 1999-cu ilin oktyabrında "YeciptEyr" aviaşirkətinin təyyarəsinin qəzaya salınmasından sonra planlaşdırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı "Foks Nyus" telekanalı yayıb. Terrorçunun gündəliyini diqqətlə tədqiq edən telekanal Bin Ladenin məhz bu qəzadan sonra niyə pilotların təyyarəni ABŞ-dakı binalardan birinə çırpmadığı haqqında düşündüyünü iddia edib.
 
Qeyd edək ki, Misirin "YeciptEyr" aviaşirkətinə məxsus təyyarəyə 1999-cu ildə edilən hücum zamanı 217 nəfər həlak olub.
 
Əl Qaidə terror təşkilatı 1988-ci ildə Əfqanıstanda yaradılıb. SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra bu terror təşkilatının əsas hədəfi Qərb ölkələri olub. 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərinin partladılmasını təşkil edən Əl Qaidə bunun nəticəsində dünyanın 1 nömrəli terror təşkilatına çevrilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.